- Manşet, Mədəniyyət

Nazir Anar Kərimov məşhur fotojurnalist Reza Deqati ilə görüşüb

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Fransada yaşayan dünya şöhrətli azərbaycanlı fotojurnalist Reza Deqati ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı R.Deqati Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına səfəri haqqında danışaraq Vətən müharibəsində çəkdiyi fotoşəkillər, şahidi olduğu dəhşətli mənzərələr haqqında təəssüratlarını bölüşüb.

R.Deqati bildirdi ki, Azərbaycanın tarixi və mədəni irsinə qarşı törədilən təcavüzləri öz fotoları ilə beynəlxalq ictimaiyyətə çatdıraraq, yaşanmış hadisələri, xalqımızın çəkdiyi ağrı-acını öz əsərlərində canlandırmağa müvəffəq olub.

Nazir Anar Kərimov R. Deqatiyə Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də obyektiv qiymət verilməsi tətbiqində əvəzsiz xidmətlərinə görə təşəkkürünü bildirib.