- Cəmiyyət, Manşet

Ned Prays: “Heç nə ABŞ-ı Ukraynaya hərbi yardım göstərməkdən çəkindirə bilməz”

Rusiya Vaşinqtonu Ukraynaya hərbi yardım göstərəcəyi təqdirdə “gözlənilməz nəticələrlə” hədələyib.

Kamilinfo unian.net-ə istinadən bildirir ki, ABŞ geri addım atmaq fikrində deyil. “Heç nə ABŞ-ı Ukraynaya hərbi yardım göstərməkdən çəkindirə bilməz”. Bunu Dövlət Departamentinin sözçüsü Ned Prays Rusiyanın Ukraynaya silah tədarükünü davam etdirəcəyi təqdirdə Vaşinqtona xəbərdarlıq edən mediada yayılan diplomatik notasını şərh edərkən bildirib.

Prays həmçinin qeyd edib: “Əgər Kremlin iddiaları ABŞ və dünya üzrə tərəfdaşlarımızın ukraynalı tərəfdaşlarımıza milyardlarla dollarlıq təhlükəsizlik yardımı göstərməsi və ukraynalı tərəfdaşlarımızın Rusiyanın təcavüzünü dəf etmək üçün bundan son dərəcə səmərəli istifadə etməsidirsə, yaxşı, onda günahkar bizik”.

Kreml Bayden administrasiyasının hələ Rusiya işğalı başlamazdan əvvəl Ukraynanı dəstəkləmək öhdəliyini nəzərə alaraq ABŞ-ın Ukraynaya dəstəyinə “təəccüblənməməlidir”, ,- deyə Ned Prays  bildirib.

Bundan əvvəl “The Washington Post” yazıb ki, Rusiya ABŞ-a rəsmi diplomatik nota göndərərək Ukraynaya silah tədarükünün “münaqişə”yə “yanacaq əlavə etdiyi” barədə xəbərdarlıq edib. Rusiya ABŞ-ı “gözlənilməz nəticələrlə” hədələyir. Ekspertlər Rusiya qoşunlarının NATO karvanlarına hücum edə biləcəyini ehtimal edirlər.