- Cəmiyyət

Niderland Parlamentinə Xocalı soyqırımı ilə baglı müraciət edilib

Niderland Parlamentinə Xocali soyqırımı ilə baglı edilən müraciət qəbul edilib.
“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri, Niderland Belcika Azərbaycanlıları Koordinasiya Şurasının Niderland üzrə əlaqəlendiricisi Mayisə Ağamirzəyevanın Niderland Parlamentinə Xocalı aoyqırımı ilə baglı etdiyi müraciət qəbul edilib. Parlamentin Xarici İşlər Kommisıyasına ünvanlanan müraciətdə Xocalı haqqında petisiyanin təqdim olunmasi haqqında görüş istəyi qeyd olunub. Ötən gün PVDA partiyasının üzvü və həmcinin komissiyanın sədri xanım  Attje Kuiken, komissiya üzvlerindən CDA partiyası üzvü Agnes Mulder və Denk Partiyasının üzvü Tunahan Kuzu, SP və Bijeen Partiyasınn üzvləri də istirak edibler. Xocalı soyqırımı haqqında petisiyanı təqdim etmək üçün  görüşün təşəbbüskarı və təşkilatçısı Mayisə Ağamirzəyeva, Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan icmasının beynəlxalq əlaqələr üzrə sədr müavini Həqiqət Haciyeva, Beniluks Azərbaycanlıları Konqresinin Bas məsləhətcisi Lamiyə Babayeva, Niderland Azərbaycan Odlar Yurdu Cəmiyyətinin sədri Firəngiz Bağırova, Hollandiya Azərbaycan Türk Mədəniyyət Mərkəzinin sədri İlhan Askin, diaspor fəallarından Günay Bayramova, Surə Gündoğdu və İnci Əlizadə də istirak ediblər.

Komiissiya üzvlərinə Xocalı Soyqırimı haqqında geniş məlumat verilərək bu mövzunun Parlamentin iclasının gündəliyinə salınması xahiş edilib. Həmçinin Haaqadakı Xocalı Monumenti və o gecədə həlak olanlar hqqında məlumat verilərək Niderland Parlamentinin ədalətinə güvənildiyi bildirilib. Göruşün sonunda Xocalı haqqında petisiya və faktlardan ibarət kitablar və DVD-lər xanım Kuikenə təqdim olunub. Komissiya sədri petisiyanın bütün üzvlərə çatdırılacağını bildirərək mövzunun iclaslarında müzakirəyə çıxaralacağını və  nəticə haqqında Mayisə Ağamirzəyevaya məlumat veriləcəyini bildirib.
Göruşün sonunda Komissiyanin sədrinə və üzvlərinə Azərbaycan kəlağayısı, çayı və xaribülbül nişanları hədiyyə edilib.