- Cəmiyyət

Niderland və Argentina futbolçuları arasında dava düşüb

Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsinin Niderland – Argentina oyunundan sonra futbolçular arasında dava düşüb.

“Report”un məlumatına görə, Cənubi Amerika təmsilçisinin qələbə qazandığı görüşün ardından hər iki komandanın üzvləri meydanda dalaşıblar.

Qeyd edək ki, 2:2 hesablı bərabərliklə yekunlaşan qarşılaşmanın penaltilər seriyasında qələbə qazanan (4:3) argentinalılar yarımfinala yüksəliblər. Onlar bu mərhələdə dekabrın 13-də Xorvatiya ilə qarşılaşacaqlar.