- Cəmiyyət

Niyazinin xatirəsi anılıb

Bakıda SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları, Beynəlxalq “Nehru” mükafatı laureatı, görkəmli bəstəkar və dirijor Niyazinin anım tədbiri keçirilib.

APA xəbər verir ki, Fəxri xiyabanda keçirilən anım tədbirində mərhumun yaxınları və sənət dostları ilə yanaşı, mədəniyyət və ictimaiyyət xadimləri iştirak edib. Çıxış edənlər Niyazi sənətinin böyüklüyündən və dünya musiqisinə verdiyi töhfələrdən danışıblar.