- Manşet, Mədəniyyət

Nizami Gəncəvi ilə bağlı ikinci özəl buraxılış çap olunub

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Siracəddin Hacının dahi Azərbaycan şairi Nizami Gəncəvi ilə bağlı hazırladığı ikinci buraxılış “525-ci qəzet”in növbəti sayında çap olunub.

AZƏRTAC xəbər verir ki, “Nizami Gəncəvi İli” çərçivəsində çapdan çıxan bu buraxılış “Nizami Gəncəvinin ədalət xütbəsi” adlanır. On iki qəzet səhifəsi olan bu elmi araşdırmanın üzərində müəllif uzun zaman çalışmış, ciddi, böyük əmək sərf etmiş, mətni söz-söz açıqlamış, Nizamini bağlı olduğu dəyərlər işığında öyrənmiş, dünya Nizamişünaslığında bir ilkə imza atmışam.