Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Ukraynada baş verən hadisələrlə bağlı bəyanat yayıblar. Mərkəzin həmsədrləri, həmçinin, 40-a yaxın sabiq dövlət və hökumət başçılarının, nüfuzlu ictimai və siyasi xadimlərin imzaladığı bəyanatda Ukraynada baş verən münaqişədə dayanıqlı sülhə nail olmaqla bağlı çağırış edilir.
Bəyanatda qeyd olunub ki, dünyanın pandemiya ilə mübarizə apardığı bir vaxtda, Rusiya tərəfindən 24 fevralda Ukrayna sərhədləri istiqamətində hərbi əməliyyatların başladılması, hər iki tərəfdən ciddi itkilərlə müşahidə olunan, insanların həyatlarını itirməsi ilə nəticələnən hadisələr dərin təəssüf doğurub.