- Mədəniyyət

Nizami Gəncəvi yaradıcılığı Argentina ədəbiyyat portalında

Argentinanın populyar “Antología poética” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin ispan dilinə tərcümə olunmuş “Yeddi gözəl” poemasından “Peyğəmbərin mədhi” hissəsinin yayımına başlayıb.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, şairin əsəri və yaradıcılığı haqqında məlumat “Azərbaycan müəllifləri” bölümündə yer alıb.

Əsərin ispan dilinə tərcümə müəllifi tanınmış ispan tərcüməçisi, filoloq Karmen Linaresdir.