Türkiyənin “murekkephaber.com”, “dibace.net” və “erikagacioyku.com” ədəbiyyat portalları dahi Azərbaycan şairi Nizami Gəncəvinin türk dilinə tərcümə edilmiş “Qəm yemə, qəm əhlinin imdadına canan çatar” qəzəlinin, rübailərinin və şairin yaradıcılığı haqqında məlumatın yayımına başlayıb.
AZƏRTAC xəbər verir ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “murekkephaber.com”, “dibace.net” və “erikagacioyku.com” portalları müntəzəm olaraq səhifələrində Uilyam Şekspir, Fyodor Dostoyevski, Lev Tolstoy, Corc Oruell, Mehmet Akif Ərsoy kimi dünyaşöhrətli şair və yazıçıların yaradıcılığını işıqlandırır.