“Nizami Gəncəvi İli” ilə əlaqədar dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması Tbilisidə nəşr olunub.
Azərbaycan Dövlət Tərcümə Mərkəzindən “Report”a verilən məlumata görə, “İverioni” nəşriyyatında işıq üzü görən kitabı orijinaldan gürcü dilinə görkəmli gürcü şərqşünası və mütərcimi professor Maqali Todua tərcümə edib.
Kitabın redaktoru yazıçı-tərcüməçi İmir Məmmədli, ön sözün müəllifi isə professor Xəlil Yusiflidir.