Yanvarın 28-də Nizami Kino Mərkəzində məşhur aktyor və yumorist Fərda Amin “Selfinaz-2” stend-up şousu ilə çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, yumorist və həmmüəllifi Təvəkkül Mehrəliyev layihə üzərində 5 il işləyib.
Onların fikrincə, yeni tamaşa ölkədə bu janrın yeni mərhələsi olacaq və tamaşaçıların yaddaşında xoş təəssüratlar buraxacaq.