- Mədəniyyət

Nizaminin “Leyli və Məcnun” poeması əsasında Türkiyə ilə birgə film çəkilir

““Leyla. Sevgi hekayəsi” adlı sənədli film Türkiyənin film şirkəti tərəfindən çəkilir”.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

“Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş filmlərdən biri də “Leyla. Sevgi hekayəsi” adlı sənədli filmdir. Türkiyə şirkəti tərəfindən istehsal olunan filmin hazırda çəkilişləri davam edir. Filmin 2022-ci ildə təhvil verilməsi və nümayişi nəzərdə tutulur”,- məlumatda qeyd olunub.