- Cəmiyyət

Nobel mükafatçısı Azərbaycan bayrağı fonunda və ya dəliyə dönən ermənilər

Nobel sülh mükafatı və Rusiya… Qəribə səslənmirmi sizcə – Sülh mükafatı və Rusiya?…

“Novaya qazeta”nın (“Новая газета”) Baş redaktoru Dmitri Muratovun Nobel Sülh Mükafatına layiq görülməsi Moskvada böyük rezonansa səbəb oldumu?

Mükafatın elan edilməsindən keçən 2 saat ərzindəki rezonansa , görə bildiyim tablo belədir:

– Kreml təmkinli və hətta soyuqdu;

– Müxalifət sevinc içindədi;

– Xalqa isə “nə isti, nə soyuqdu”, hətta vecinə belə deyil.

Ancaq Muratovun mükafatla bağlı “bu mənim xidmətim deyil. “Novaya qazeta”nın xidmətidir. İnsanların söz azadlığı hüququnu qoruyan, bu yolda öldürülənlərin… xidmətidir….” deməsi Nobel mükafatının rusiyalı qəzetçiyə verilməsindən daha böyük əks-sədaya səbəb oldu…

Yuri Şekoçixindən Anna Politkovskiyə, Baburovadan Markelova qədər onlarla öldürülən, döyülən, işgəncə görən bütün rus jurnalistlərinindir bu Nobel mükafatı – bu fikrə qatılmamaq mümkün deyil.

Təəssüf ki, Nobel mükafatı şəxsə ölümündən sonra verilmir, onu ancaq həyatda ikən verirlalmaq olar. Yoxsa Rusiya mətbuatında bu mükafata zənnimcə, ən çox layiq olan Anna Politkovskaya idi.

Yenə də Nobel Komitəsinin bu qərarını doğru bilir və gələcəyə, Rus cəmiyyətinin sabahına “avans” olaraq verildiyi qənaətindəyəm…

Yeri gəlmişkən, “Novaya qazeta”nın və onun Baş redaktoru Dmitri Muratovun bu gün Nobel Sülh Mükafatına layiq görülməsi erməniləri çılğına döndərib.

Tiqranoidlər və onların mediası dəli olub. Bayrağımızın fonuna Muratovun şəklini montaj edən “İnfoteka24” və “Bagramyan26” adlı Telegram kanalı yanır, alışır, “İşğalçını (Azərbaycanı – İ.N.) müdafiə edənə Nobel Sülh Mükafatının verilməsi”ni dünyanın başına hava gəlib kimi təqdim edirlər.

Ermənilərə görə “işğalçını” müdafiə edən qəzet Sülh carçısı ola bilməz. Ax zavallı tiqranoidlər, ax beyinsizlər…

Ermənilərin belə sərt reaksiyası anlaşılandır. Çünki 44 günlük müharibə zamanı Novaya qazeta”nın müxbiri İlya Azarın akkreditasiyası Ermənistan XİN tərəfindən ləğv edilmişdi. Bu hadisə təsadüfdürmü? Düz bir il əvvəl – 8 oktyabrda baş vermişdi. Bir il sonra bu gün isə İlya Azarın Baş redaktoru dünyanın ən prestijli mükafatını aldı.

Bu önəmli olaylar haqda həm 7, həm də 8 oktyabr tarixli Facebook paylaşımlarımda yazmış, izləyicilərimin diqqətini bu qəzetin fəaliyyətinə çəkmişdim. Yadıma düşdü ki, keçən il bu vaxtlar Muratovun rəhbərlik etdiyi qəzet Azərbaycanın apardığı Vətən muharibəsi haqda olduqca obyektiv materiallar dərc edir, ermənipərəst Rusiya mediasının içində seçilirdi. Nəhayət ki, bizim də haqq səsimizi yayan, acılarımızı paylaşan bir rus mətbu orqanı çıxmışdı…

O günləri xatırlayanda, Dmitri Muratovun özünə, qəzetinə və qələminə qoyduğu hörməti diqqətə alanda ermənilərin özlərindən çıxmasını, yanıb-tökülmələrini anlamaq heç də çətin deyil. Baxın, görün “Bagramyan26” necə bitirir Muratov əleyhinə yazdığı yazını:

“…решение присудить премию мира редактору газеты, вставшей на сторону агрессора и войны, можно расценивать как пощечину справедливости. Газета, позиционирующая себя как правозащитная, попросту игнорирует право арцахцев на самоопределение и получает за это вознаграждение. Очевидно, что миру нужно пересмотреть свои ценности”…

Fürsətdən istifadə edib Nobel mükafatı laureatı Dmitri Muratovu ürəkdən təbrik edirəm.

Gəlin hamılıqla “Novaya qazeta”ya yazaraq və Baş redaktoruna göz aydınlığı verək, uğurlar arzu edək, sevinclərinə şərik olaq.