Norveçin “Norwegian” aviaşirkəti Ukrayna üzərindən uçuşları müvəqqəti dayandırıb.
“APA-Economics”in məlumatına görə, bu barədə TV2 xəbər verir.
Şirkətdən verilən məlumata görə, bu qərar təhlükəsizlik riskinin artması səbəbindən qəbul edilib.
“Biz bu qərarı təhlükəsizlik vəziyyətinin təhlili əsasında qəbul etdik. Müvəqqəti olaraq Ukrayna üzərindən uçmamaq qərarına gəldik”, – deyə şirkətin sözçüsü Esben Tuman bildirib.