- Cəmiyyət

Növbəti El-Klasikonun vaxtı açıqlanıb

İspaniyanın “Real Madrid” və “Barselona” komandaları arasında növbəti El-Klasikonun vaxtı açıqlanıb.

“Report” La Liqanın rəsmi saytına istinadən xəbər verir ki, əzəli rəqiblər martın 20-də üz-üzə gələcək.

Madriddəki “Santyaqo Bernabeu” stadionunda oynanılacaq qarşılaşma XXIX tura təsadüf edəcək.