- Mədəniyyət

“Novruz xonçası” – musiqili xeyriyyə tamaşası

Martın 12-də 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Çinar Yayımları” Nəşriyyatının birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Novruz bayramına həsr olunmuş “Novruz xonçası” adlı musiqili xeyriyyə tamaşası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan internat məktəblərinin şagirdləri tamaşaçı qismində iştirak ediblər.

Musiqili tamaşada mərkəzin teatr dərnəyinin üzvləri, rəqs kollektivinin uşaqları, gənc vokalçıları tamaşaçılar qarşısında çıxış edərək xalqımızın qədim və ən sevimli bayramı olan Novruz adət-ənənələrini göstəriblər.

Tamaşanın sonunda tədbirə dəvət alan uşaqlara hədiyyələr verilib.