Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya prezidenti Vladimir Putinin Rusiya Federasiyasının nüvə qüvvələrinin “xüsusi döyüş növbətçiliyi” rejiminə keçirilməsi haqqında sərəncamını şərh edib.
Kamilinfo UNİAN-a istinadən bildirir ki, Kuleba bu barədə xarici jurnalistlər üçün onlayn brifinq zamanı bildirib.
XİN rəhbəri Putinin nüvə qüvvələrinin “xüsusi döyüş növbətçiliyinə” keçirilməsi barədə əmrinin Ukrayna və Rusiya nümayəndə heyətlərinin Ukrayna-Belarus sərhədində görüşə hazır olduqlarını elan etməsindən az sonra ortaya çıxmasına diqqət çəkib.
“Biz bu əmri Ukrayna nümayəndə heyətinə əlavə təzyiq cəhdi kimi görürük. Amma biz bu təzyiqlərə boyun əyməyəcəyik.