- Cəmiyyət

Nyu-Yorkda fövqəladə vəziyyət elan edilib

ABŞ-ın Nyu-York ştatında fövqəladə vəziyyət elan edilib.

Trend-in məlumatına görə, ştatın qubernatoru Keti Hokul bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, fövqəladə vəziyyət koronavirusa yoluxma hallarının sayının artması fonunda tətbiq edilib və 2022-ci ilin 15 yanvar tarixinədək qüvvədə olacaq.