Rusiya ordusunun pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın Odessa şəhərinə hücumu nəticəsində ölənlərin sayı artıb.
“Report” UNIAN-a istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 7 nəfər isə yaralanıb.
Qeyd edilib ki, hadisə nəticəsində çoxmərtəbəli yaşayış binasının bir hissəsi dağılıb.
Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerində axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.
Xatırladaq ki, Rusiya ordusu PUA-larla gecə saatlarında Ukraynanın Odessa şəhərinə hücum edib.