- Mədəniyyət

“Oğurlanmış bahar” animasiya filmi bu il təhvil veriləcək

“Azanfilm” Animasiya Studiyası tərəfindən “Oğurlanmış bahar” filminin bu təhvil verilməsi planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, ekran əsərinin rejissoru Aleksandra Şirinovadır.

Mədəniyyət Nazirliyinin Audiovizual və İnteraktiv Media şöbəsinin müdiri Rüfət Həsənov bildirib ki, studiya “Qarınqulu” adlı ilk tammetrajlı animasiya filmini çəkməyə hazırlaşır.

Qeyd edək ki, ötən il “Azanfilm” tərəfindən “Tıq-Tıq möcüzələr axtarışında – Qobustan” filmi istehsal edilib. Filmin prodüseri Mənsur Şəfiyev, ssenari müəllifi və rejissoru Sultan Abbasbəylidir. 2021-ci ilin aprel ayında “Azanfilm”in “Həyat davam edir” layihəsi Mədəniyyət Nazirliyinin keçirdiyi “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsində iştirak edib.