Əfqanıstanın devrilmiş lideri Əşrəf Qaninin qızı Məryəmin dəbdəbəli həyatı Nyu -Yorkda diqqəti cəlb edib.
Moderator.az xəbər verir ki, bir çox sərgiyə qatılan Məryəm Əfqanıstanda baş verən hadisələrə baxmayaraq çox rahat bir həyat yaşayır.
42 yaşlı vizual sənətçi və rejissor Məryəm Qaninin Brooklyn şəhərində yaşadığı məlum olub. “New York Post” Əşrəf Qaninin ölkədən qaçmasının ardından Nyu-Yorkda qızı Məryəmin dəbdəbəli həyatının izinə düşüb.
Lüks restoranların yaxınlığında yerləşən mənzilindən çıxan Məryəm “New York Post”un suallarını cavablandırmaqdan imtina edib.