- Mədəniyyət

On səkkiz gündə 1 milyon tamaşaçı tərəfindən izlənilən türk filmi

Türkiyəli rejissor Özer Feyzioğlunun ekranlaşdırdığı “Kesişme; iyi ki varsın Eren” türk filmi 18 gündə 1 milyon tamaşaçı tərəfindən izlənilib.

AZƏRTAC Anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyə ilə yanaşı, Almaniya, Avstriya, Fransa, İngiltərə, Norveç, Danimarka, Belçika və digər ölkələrdə bir çox kinoteatrlarda nümayiş olunan film izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Terrorçularla qarşıdurmada həyatını itirən Eren Bülbüllə və onu qorumaq istəyərkən şəhid olan Ferhat Gedikin həyat hekayəsindən bəhs edən film pandemiya dövründə ən çox baxılan türk ekran əsəri olub.