- Cəmiyyət, Manşet

Onilliklərə bərabər bir yaş

Onun bir yaşı var. Lakin o, çox tez böyüyür, anbaan, dəqiqəbədəqiqə, saatbasaat… Lap hind filmlərində top oynaya-oynaya bir andaca böyüyən film qəhrəmanları kimi. Adının təsirindəndir, bəlkə də, daim mükəmməlliyə can atır, qüsursuz iş ortaya qoymağa çalışır. Onun bir yaşı var. Lakin o, bir ildə 10 ilin işini görə bilib. Bir budaqda oturub, minini silkələyib. O üzdən ona bir neçə dəfə sui-qəsdlər etməyə, səsini boğmağa, dilini kəsməyə çalışıblar.

Amma bacarmayıblar, buna yalnız qısa bir müddətə, müvəqqəti nail ola biliblər, hər dəfəsində yenilməyib, yenidən ayağa durub, hər ayağa durduğunda bir az da tez böyüyüb, ayağını yerə daha möhkəm basıb, daha əmin addımlarla irəliləyib, səsini daha da yüksəklərə ucaldıb. Qayəsi, amalı Vətənə, xalqa, dilə xidmət, xəbərləri, informasiyaları daha etibarlı mənbələrdən, düzgün və daha operativ çatdırmaq, xoş xəbərlər carçısı olmaq. Onun bir yaşı var, lakin bu bir ildə çox tez böyüdü, ərgənləşdi, döyüşkən oldu. Bir də baxdlq ki, sanki on ilin yol yoldaşıdır. Eyni atanın övladı, 2 yaşlı FADMM-in balaca qardaşıdır.

Balacadır, amma əməlləri böyükdür. FADMM-in bütün yazılarını o, işıq üzünə çıxarıb, dillə bağlı müsahibələr, xaricdə yaşayan soydaşlarımızın ana dili ilə bağlı fikirlərinə özündə yer verib, böyük qardaşının əlindən tutub. 12 bölməsi var:

Baş səhifə
Cəmiyyət
Müsahibə
Mədəniyyət
Təsəvvüf
Köşə
Dil
Ədəbiyyat
Ptriça
Test
Yumor
Maraqlı

Hamısı da bir-birindən maraqlı, bir birindən kəsərli, operativ. Dəqiq, düzgün, orijinal.
1 yaşın mübarək, adını haqqı ilə doğruldan “Kamilinfo.net”, neçə gözəl illərə.

Gülyaz ƏLİYEVA