- Dil

Onların çoxu Azərbaycan dilində danışa bilmir – Emin Əmrullayev

Cari ildə 24 dərslik təkmilləşdirilib.

Modern.az xəbər verir ki, bunu yeni tədris ili ilə bağlı media üçün brifinqdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.

O qeyd edib ki, 37 yeni dərslik hazırlanıb, ümumilikdə 218 dərslik çap olunub.

“Rus bölmələrində oxuyan uşaqların çoxu Azərbaycan dilində danışa bilmir. Bununla bağlı nəzarət tətbiqinin artacaq. 9 il Azərbaycan dili keçən uşaqların Azərbaycan dilində danışa bilməmələrinin səbəbi araşdırılacaq”, – nazir deyib.

Emin Əmrullayev qeyd edib ki, ölkədə Azərbaycan dili rəsmi dövlət dilidir və bunu hamı bilməlidir.

O bildirib ki, rus sektorlarında bir sıra fənlər, o cümlədən Tarix, Zəfər tarixi, musiqi dərsləri azərbaycan dilində tədris olunacaq: “Şagird 9-cu sinfə gəlib çatır və görürük ki, ana dilində danışa bilmir. Problemin məktəblərdə, yoxsa təhsil proqramında olduğunu müəyyənləşdiririk”.