- Mədəniyyət

“Oppenheimer” filmi ən çox gəlir gətirən filmlər siyahısında

Kristofer Nolanın “Oppenheimer” bioqrafik filmi nümayiş olunduqdan sonra ən çox gəlir gətirən ekran əsərlərinin siyahısına daxil olub.

AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, film “R” reytinqi ilə kino tarixində ən çox gəlir gətirən ilk beş filmdən birinə çevrilib.

“Oppenheimer” dünya üzrə 727,5 milyon dollardan çox qazanc əldə edərək, 701 milyon dollarlıq ümumi gəliri ötüb.

Qeyd edək ki, beşlikdə yer alan növbəti filmlər “ The Matrix 2 Reloaded”, “Deadpool”, “Deadpool 2” və “Joker”dir.