- Mədəniyyət

Ornella Muti “Sanremo pop mahnı festivalı”nın aparıcısı olacaq

Məşhur italyan aktrisası Ornella Muti fevralın 1-dən 5-dək keçiriləcək və İtaliyanın “RAI” dövlət televiziyasında canlı yayımlanacaq məşhur “Sanremo pop mahnı festivalı”nın beş gecəsindən birinin aparıcısı olacaq.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “RAI” xəbərlərinin efirində, festivalın bədii rəhbəri qismində çıxış edən, məşhur şoumen Amadeus bildirib.

Bir qayda olaraq, festivalın daimi məkanı olan “Ariston” tarixi teatrının səhnəsində müxtəlif illərdə tanınmış şoumenlər və musiqiçilərin aparıcılığı ilə yanaşı, qadınların – aktrisalar, modellər, müğənnilərın də çıxış etdiyini deyən Amadeus bildirib ki, bu il ona Ornella Muti ilə yanaşı, daha bir tanınmış aktrisa – Paolo Sorrentinonun “Oskar” mükafatı qazanan “Böyük gözəllik” (La grande bellezza, 2013) filmində rol almış Sabrina Ferilli də daxil olmaqla, ümumilikdə beş aparıcı kömək edəcək.