- Nəfsdən başqa hər şeyə güc gələ bilirəm.
- Kişinin üzündən onun avtobioqrafiyasını oxumaq olar. Qadının üzündə isə öz yaratdığı əsəri görə bilərsən.
- Həqiqi dostlar səni qabaqdan vururlar.
- Hər zaman düşmənlərinizi bağışlayın. Onları heç nə bu qədər qıcıqlandırmır.
- Kimisə sevəndə onun zahiri görünüşünə, geyiminə, ya da ki, bahalı maşınına görə sevmirsən. Sənin eşidə biləcəyin nəğməni oxuduğuna görə sevirsən.
- Hər şeyi biləcək qədər gənc deyiləm.
- Özün ol. Başqaları artıq var.
- Yaşamaq bu dünyada nadir olan şeylərdən biridir: əksər adamlar sadədə olaraq mövcuddurlar, vəssalam.
- Hamı yaxşı ola bilməz, amma hamıda yaxşı nəsə olur. Heç vaxt heç kəsi tələsik mühakimə etmə, çünki hər müqəddəsin bir keçmişi, hər günahkarın bir gələcəyi var.
- Diqqəti cəlb edən gözəllikdir, ürəyini fəth edən isə şəxsiyyətdir.
- Din – kor adamın qaranlıq otaqda olmayan qara pişiyi axtarıb tapmasıdır.
- Bəzilərinin gəlişi, bəzilərinin isə gedişi xoşbəxtliyə səbəb olur.
- İnsanlara həqiqəti söyləmək istəyirsənsə, onları güldür. Əks təqdirdə səni daş-qalaq edərlər.
- Evlilik xəyalın ağıl üzərində təntənəsidir. İkinci evlilik isə ümidlərin təcrübə üzərində qələbəsidir.
- İndi birlikdə olmağı düşündüyüm yeganə insanlar rəssamlar və əzabkeş olanlardır. Birincilər gözəlliyin, ikincilər isə kədərin nə olduğunu bilənlərdir. Başqaları isə məni maraqlandırmır.
- Qadınlar sevmək üçün yaradılıb, başa düşülmək üçün yox.
- Müdriklik yaşla gəlir. Amma bəzən elə olur ki, yaş tək gəlir.
- İki adam pəncərədən baxır: biri palçıq, digəri ulduzları görür.
- Qocalar hər şeyə inanırlar, orta yaşlılar hər şeyə şübhə edirlər, gənclər hər şeyi bilirlər.
- Mən cənnətə getmək istəmirəm. Dostlarımın heç biri orada deyil.
- Heç kəs keçmişini satın ala biləcək qədər sərvətə sahib deyil.
- Bir şeyə baxmaqla onu görmək arasında böyük fərq var.
- Həyat ciddi qəbul edilməyəcək dərəcədə qısadır.
- Şərtlər nə olursa olsun prinsipləri dəyişməməlidir.
- Azadlıq, kitablar, güllər və göy üzündə ay varsa, necə də xoşbəxt olmayasan?
- Demokratiya xalq üçün xalqın xalq tərəfindən qamçılanması deməkdir.
- Sevgi iki səfeh arasında olan anlaşılmazlıqdır.
- Cəmiyyət cinayətkarları əksər hallarda bağışlayır, amma xəyalpərəstləri heç vaxt.
- Cismimi ruhumdan ayırmaq üçün içirəm mən.
- Eşq müharibə kimi bir şeydir: başlamaq asan, bitirmək çətindir və səni hara sürüklədiyini heç vaxt bilmirsən.
- Birinci badədən sonra hər şeyi istədiyin kimi görürsən. İkincidən sonra onları olmadığı kimi görürsən. Axırda onları əslində elə olduğu kimi görürsən və bu, dünyada ən dəhşətli şeydir.
- London cəmiyyətini sevirəm də! Bütövlükdə gözəl axmaqlarla möhtəşəm dəlilərdən ibarətdir. Əsl cəmiyyət elə bu cür də olmalıdır!
- Dünyada ən gözəl hiss bilirsiniz nədir? Bildirmədən yaxşı əməl edəsən və kimsə də bunu aşkar edə.
- Həmişə kişi qadının ilk, qadın isə kişinin son məhəbbəti olmaq istəyir.
- Heç bir yaxşı əməl cəzasız qalmır.
- İnsanların uğrunda öldüyü şeylər heç də hər zaman doğru olan şeylər olmaya bilər.
- Əgər çox gec gəlməyəcəksənsə, ömrüm boyu səni burada gözləyəcəyəm.
- Ürəyinizdə sevgi olsun. Çünki bunsuz həyat gülləri qurumuş bağça kimidir.
- İncəsənətin həyatı təqlid etməsindən daha çox həyat incəsənəti təqlid edir.
- Qadındakı yumor hissi qədər romantikanı pozan heç nə yoxdur.
Aygün ƏZİZ tərcümə edib