2021-ci ildə Türkiyədə və ətraf ərazilərdə baş vermiş zəlzələlərin sayı açıqlanıb.
“Anadolu”nun verdiyi xəbərə görə, bu barədə məlumatı Fəlakət və Fövqəladə Hallar Departamenti (AFAD) yayıb.
Qeyd olunub ki, 2021-ci ildə Türkiyə və ətraf ərazilərdə cəmi 23 753 zəlzələ qeydə alınıb, onlardan üçünün maqnitudası 6 baldan artıq olub.