Ötən ay keçirilən dissertasiya müdafiələrinin sayı açıqlanıb.
Prezident yanında Ali Attestasiya Komissiyasından “Report”a verilən məlumata görə, həmin müddətdə ümumilikdə 58 elmi iş müdafiə edilib.
Həmin işlərdən 22-si elmi müəssisələrdə, 36-sı ali təhsil müəssilərində müdafiə edilib. Həmçinin 49 nəfər fəlsəfə doktoru, 9-u isə elmlər doktoru olmaq üçün dissetasiyadan keçib.