- Cəmiyyət

Ötən gecə Moskva vilayətində Ukraynanın 11 PUA-sı vurulub

Dünən gecə Moskva vilayətində Ukraynanın 11 PUA-sı vurulub.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, gecə saat 3 radələrində Moskva yaxınlığındakı Dubna şəhərində silsilə partlayışlar olub. Dubnadan 20 km aralıda yerləşən Tver vilayətinin Kimri şəhərində də partlayış səsləri eşidilib.

İlkin məlumata görə, dağıntı və tələfat yoxdur.

Ümumlildə, Rusiya ərazisi üzərində gecə ərzində ümumilikdə 155 PUA vurulub, onlardan 53-ü Kursk vilayətində məhv edilib.