Rusiyanın 5 regionu üzərində 115 pilotsuz uçuş aparatı zərərsizləşdirilib.
APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onların 109 ədədi Kursk ərazisində vurulub.
Məlumata əsasən, Kursk ərazisinə PUA hücumu nəticəsində bir nəfər yaşlı qadın həlak olub, 9 nəfər isə yaralanıb. Eyni zamanda bir neçə hündürmərtəbəli yaşayış binasına və 11 avtomobilə ziyan dəyib.