- Cəmiyyət, Manşet

Özbəkistan parlamenti Qaraqalpaqıstanın statusunun saxlanmasını dəstəkləyib

Özbəkistan parlamenti Qaraqalpaqıstanın suveren statusunun saxlanmasını dəstəkləyib.

APA Lenta.ru-ya istinadən xəbər verir ki, bununla bağlı müddəa Konstitusiya dəyişikliyi layihəsində yer alıb.

Bundan başqa, Konstitusiyaya dəyişikliklə bağlı ictimai müzakirələrin daha 10 gün uzadılaraq iyulun 15-nə qədər aparılmasına qərar verilib.

Qeyd edkə ki, təklif edilən yeni layihədə Qaraqalpaqın Özbəkistan Respublikasının tərkibinə daxil olan suveren respublika olması və Qaraqalpaq xalqının ümumxalq referendumu əsasında Özbəkistanın tərkibindən ayrıla bilməsinə dair maddənin ölkə Konstitusiyasından çıxarılması təklif edilirdi.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova