- Dil

Özbəklərdə adqoydu….

Özbək xalqnın ənənəsində ailədə yeni uşağı dünyaya gəlməsi xüsusi qeyd edilir. Bu xəbəri ata və anaya çatdıran “suyunçi” (muştuluq) üçün hədiyyə alır. Ənənəvi olaraq, ata oğlunun doğulması şərəfinə ağac, qızının şərəfinə isə çiçək əkərdi.

Uşaq doğulduqdan sonra 3-cü, 5-ci, 7-ci, 9-cu günləri təhlükəli hesab ediblər. Bu günlərdə ana və uşağı diqqətsiz qoymaq olmaz. Yaxın adamlar ana və körpənin əhvalını yüksəltməyə çalışır, pis ruhları qorxutmaq üçün bir sıra simvolik hərəkətlər edir.

Körpəyə ad qoyulması mərasimi “İsimləş” adlanır. Uşağın adına böyük diqqət yetirilir.

Uşağın anadangəlmə xalı varsa, ona Xolboy, Xoltoy, Xolbek, Narxol, Oyxol adları qoyula bilər. Qaraşın doğulubsa – Korabek, Koraboy, ağbəniz olarsa – Oktoy, Onboy, uşaq vaxtından əvvəl doğulsa – Çalaboy adı verilir.

Uşağa ad qoyulmasında ilin vaxtı, ayı və doğum günü mühüm rol oynayıb. Uşaqlara çox vaxt əcdadlarının adı verilir.

Əgər valideynlər övladlarına müəyyən insani keyfiyyətləri ötürmək istəyirdilərsə, uşağa müəyyən ad qoyublar. Uşağın mərhəmətli olması üçün – Rəhim, Rəhimə; güclü olması üçün – Botir, Polvon, Bahodir; hökmdar – Əmir, Sərdor, Sərkor; vacib adam olması – Aziz, Aziza; gözəl olması üçün Gözəl, Gülçöxrə; xoşbəxt olması üçün  Bəxtiyor, Saodat, Roxar.

Bundan əlavə, bitki, heyvan adlarına da təsdüf edilir: Olma (alma) Çinarə, Urman (meşə),  Sarımsoq, Buri (qurd, canavar).
Həmçinin məişət əşyaları və alətlərin adının da qoyulması halları var: Bolta (balta) – balta (Boltabay), Teşa (qiyməkeş) – Teşabay, Qılıç – qılınc, Kalkon – qalxan.

Ailədə yeni uşağı dünyaya gəlməsi ilə bağlı “Beşik tuy” – beşik bayramı, “Birinci qədəm” – ilk addım mərasimləri də keçirilir.

İnternet mənbələri əsasında hazırladı Kim BİLİR