Bakıda keçirilən Özbəkistan mədəniyyət günləri çərçivəsində Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, kollektiv bu gün saat 18:00-da “Qayınana” tamaşası ilə azərbaycanlı teatrsevərlərin görüşünə gələcək.
“Qayınana” (Məcid Şamxalov, Zakir Bağırov, Tofiq Quliyev) komediyasının rejissoru Daston Xakberdiyev, irijoru Akmal Turayev, rəssamı Cəlalədin Rahimovdur.
Xatırladaq ki, özbək teatrının ifasında “Qayınana” tamaşası Musiqili Teatrın səhnəsində ötən ilin dekabrında rejissor, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda Özbəkistanın Kattakurqan Şəhər Dram Teatrının kollektivinin iştirakı ilə də nümayiş olunmuşdu.