- Cəmiyyət, Manşet

Özbəkistan və Qazaxıstan prezidentləri Qaraqalpaqdakı durumu müzakirə ediblər

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayev arasında telefon danışığı olub.

“Report” “Sputnik Özbəkistan”a istinadən xəbər verir ki, dövlət başçıları Qaraqalpaqdakı durumu müzakirə ediblər.

Qasım-Jomart Tokayev Özbəkistanda sabitliyin təmin olunması istiqamətində həyata keçirilən sərt tədbirləri dəstəklədiyini bildirib. Həmçinin iki ölkə arasındakı strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri müzakirə edilib.