Daşkənddəki “Türküstan” sarayında Özbəkistanın dünyada tanınmış “Özbegim Yoshları” musiqi qrupunun 18 illiyi ilə əlaqədar böyük konsert proqramı keçirilib.
AZƏRTAC xəbər verir ki, konsert proqramına Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) xüsusi dəstək göstərib. Tədbirdə AMM-in rəhbərliyi və əməkdaşları, çoxsaylı qonaqlar iştirak ediblər.
Konsertdə Özbəkistan musiqiləri ilə yanaşı, Azərbaycan mahnıları da ifa edilib. Özbəkistanın Xalq artisti Jenisbek Piyazov Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin “More”, beynəlxalq mükafatlar laureatı Sarvinoz Kamalova Azərbaycan, SSRİ, həm də Özbəkistanın Xalq artisti Zeynəb Xanlarovanın “Bülbülüm” mahnısı ifa ediblər.