Pəncşirdəki müqavimət qüvvələri “Taliban” qruplaşmasının vilayəti ələ keçirməsi barədə bəyanatını təkzib edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə müqavimət qüvvələrinin tviter səhifəsində məlumat verilib.
09:15
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması tabe olmaqdan imtina edən Pəncşir vilayətini bütünlüklə nəzarəti altında aldığını elan edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə qruplaşmanın nümayəndəsi Zəbiullah Mücahid məlumat verib.
“Əfqanıstanın Pəncşir vilayəti tamamilə tutulub və hərəkatın nəzarətinə keçib”, – o deyib.
Qeyd edək ki, Pəncşir vilayətində Əhməd Məsud və Əfqanıstanın birinci vitse-prezidenti Əmirulla Salehin müqavimət qüvvələri toplanmışdı.