Faciələrimizlə böyüdük. Xocalı kimimizdən kiçik, kimimizlə yaşıd, kimimizdən də böyükdür. Xocalıdan böyüklər də var – 1905-ci il qırğınları, 31 Mart soyqırımı. Xocalıdan on yaş böyükəm. Kaş o böyüyüb otuz bir yaşına çatmayaydı. İllərdir, sinəmizdə Xocalı dərdi yaşayırıq. Əzizimizi itirdiyimiz vaxtda da göz yaşımızın xeyli damlası onunçün axdı. Tarix onun qisas gününü uzatdı. Əslində, qisas da deyil. Bircə erməniyə də bircə Xocalı sakininə elədiklərini eləmədik.
İyirmi üç sentyabr 2023-cü il. Ordumuzun Xocalıya daxil olduğu gün. İyirmi altı fevral 1992-ci ilin dəhşətini unutdurmasa da təsəllidir.
Amma həmin tarixdə törətdikləri işgəncəni düşmənə bağışlamaq olmaz.
Kini-nifrəti özləri qazandılar.
Xocalıya qayıtmağın ağrılı sevincini, əzabını daşıdıqca canıma bir narahatlıq dolur; görəsən, bizi yenə də siyasi şəkildə ermənilərlə qaynayıb-qarışmağa məcbur edəcəklər? Məsələn, onlardan birini bizə zorla iş yoldaşı, bilərəkdən qonşu, planlı şəkildə fikirortağı edəcəklər? Yenə də mi dildə-ağızda dolaşacaq ki, vəzifəyə keçmək üçün gərək erməni ilə evlənəsən?
Göydən nə yağmayıb, yerdən nə bitməyə?
“Qurandan don geyinmək” – Bizdə etibarını itirmiş adamın doğru sözünə şübhə edəndə bu cür söyləyirlər. Yəni, filankəs o qədər saxta, yalançı, hiyləgərdir ki, əlini müqəddəs kitaba bassa, hətta varlığı Qurana bürünsə də, ona inanmaq olmaz. Ermənilər məhz bu cürdürlər, İncildən də don geyinsələr, onlara inanmaq mümkün deyil. Nə andları and, nə millətləri millət, nə də vətənləri vətəndir. Sığınıb özlərinə yurd elədikləri hər yer Azərbaycanın bir parçasıdır. Özgənin torpağında gözü olub, onu vəhşilik, zorakılıqla özününkü edən xalqdan hər alçaqlığı gözləmək olar. İki fərqli müsahibə verən ermənini görəndə təəccüblənmədim. Belə də bilirdim. Onlardan məhz bunu gözləyirəm. Hələ bu harasıdır? Yardım etdiklərimiz görün nələr edəcək.
Qərb ədəbiyyatını yamsılayanlar, təbliğatçıları oralar arzusunda olanlar sətiraltı statusları, müəmmalı fikirləri ilə adamın əsəblərinə toxunurlar. Guya bilmirik, nəyə çalışdıqlarını. Avropanın gözündə humanist, pasifist, qlobalist, nə bilim daha nə ist kimi görünməyə çalışanlar xalqın tənəsindən ehtiyat edib erməniyə açıqca can yandıra bilmir, nə də törətdikləri vəhşilikləri qınayıb kimlərinsə qara siyahısına düşmək istəmirlər.
Adları da yazıçıdır. Utanmasalar bu əqidə ilə bir azdan Xalq yazıçısı adı da istəyərlər.
Dilində “Vətən” deyib, ürəyində qürbət yaşadanlara eşq olmasın.
Bəribaşdan qələm əhlindən xahiş edirəm, bundan belə birgəyaşayış dövründə sevgini bəhanə edib erməni qızları ilə nikah məsələsini təbliğ etməyə xidmət edən əsərlər yazmasınlar. Belə bir fikrə düşsələr, “Bahadır və Sona”nı, onun ağır nəticələri olan məsələləri – “Azərbaycanda vəzifəyə gəlmək üçün gərək erməni ya da gürcü ilə ailə qurasan” prinsipini yadlarına salsınlar.
Yəni sevgidə dini seçkinliyi “aradan qaldırmağa” cəhd etməyək, bunu bir dəfə (hətta yüz dəfə) yaşayıb “dadını” görmüşük. Axı bu “sonalar” niyə belə matahdırlar? Onlarda bəyəndiyiniz üstünlüklərdən “fatma-tükəzbanları” özünüz məhrum etmisiniz. Sona ilə izdivac baha-başa gəlir, axırda yenə “sən öləndə başın üstə ağlayan ən çox ağlatdığın qadın olur”.
Bir neçə atalar sözünü xatırlayaq:
İtlə dostluq elə, çomağı əlindən yerə qoyma.
Qurd tükünü dəyişər, xasiyyətini dəyişməz.
İlanın ağına da lənət, qarasına da.
Elə bilirsiniz, sevginin necə hiss olduğunu duymuram?
Vətən sevgisi hər şeydən üstündür.
Taras Bulba neynəmişdi?
Qəddar deyiləm ee… amma bu boyda yurdu, milləti erməninin ayağına verməkdənsə adam sevən ürəyinə zülüm etsə, yaxşıdır.
“Əli və Nino” da var…
C.Cabbarlının qəhrəmanlarında da belə “səhv” olub.
Bir də belə “günahkar” obrazlar yaratmayaq!
Əziyyətini millət çəkir.
“Aldatmayaq bir-birimizi”.
Hətta qoşma da təsirlik hala qoşulmur.
Təsirin təsirinə düşməyək!