- Ədəbiyyat

Pərvanə BAYRAMQIZI. Şəhid qardaşım

Qə­lə­bə

Nə­nə­min na­ğı­lı­tək
Qə­lə­bə də şi­rin­dir.
Son­da dü­şən al­ma­lar
Xal­qım, ha­mı­sı sə­nin­dir.

Nə­nəm oyat­dı mə­ni:
– “Ay­la qı­zım, dur, ayıl,
Məhv et­mi­şik düş­mə­ni
Azad olub Cəb­ra­yıl.

Kö­nül­lə­rin kör­pü­sü
“Xu­da­fə­rin” bi­zim­dir,
Qa­lib mil­lət ol­mu­şuq,
Əziz ba­lam, biz in­di.

Nə­nə­lə­rin göz nu­ru
Xal­ça­lar yad­da­şı­dır,
Sər­və­ti­ni ta­la­yıb
Qa­rı düş­mən da­şı­dı.

“Div­lər sa­ra­yı” gün­bəz,
“Qa­la bür­cü”, kəh­ri­zi
Si­nə­sin­dən si­lin­məz
Ta­rix­də qa­lar izi.

19 no­yabr 2020

Şəhid qardaşım

Özünü alovlara atıb, göyə çəkildin,
Nəfəsini havaya qatıb, göyə çəkildin,
Əvvəlcə insan idin, oğul idin, hər kimdin
İndi Vətən olmusan, əziz şəhid qardaşım!

Neçə-neçə insanın əcəlidir ölümün,
Şəhidlik ərköyünü, dəcəlidir ölümün,
Qələbəni, zəfəri becəribdir ölümün
İndi Vətən olmusan, əziz şəhid qardaşım!

Sən şərəfdə, şöhrətdə zirvələrdən ucasan,
Ruh olmusan yurdunun göylərində uçasan,
Qırx dörd günün içində tarix yazıb nə asan
İndi Vətən olmusan, əziz şəhid qardaşım!