- Köşə

Pərvanə BAYRAMQIZI. Yurdunun örpəyini qoruyan oğul

Yazınıçoxdan yazası idim, karantin rejiminin narahatlığı ovqatımı təlx etdiyindənfikrimi cəmləyib başlaya bilmirdim. Dünyanı qaydaya salmaq arzusu iləyaşadığımız halda bəşəriyyətin yeni koronavirus bəlasına düçar olması qanımıqaraltdı, ha çalışdım, yaza bilmədim. Karantin də uzadıldıqca uzandı. Qaydalaraəməl edildi, ta ki son günlər Tovuz rayonunda başlayan atışma nəticəsində şəhidolan hərbçilərimiz və Qarabağımız üçün xalqın meydana toplaşmasınadək. Bundansonra ab-hava tamamilə dəyişdi, karantin depressiyasını unutdum. Əsgər itkisi,anaların acısı bağrımızı göynətsə də, milli birlik, xalqın vətənə sevgisi ürəklərdəmöhtəşəm hisslər oyatdı. Qəhrəmanlığın, vətənpərvərliyin, sevginin mövsümüolmasa da, ruh yüksəkliyi yarandığından yazı məni özünə çəkdi. Bu ağır günlərdəgörə biləcəyim iş hələ ki qəhrəmanlıq mövzusunda olan bu yazını oxuculara təqdimetməkdir. Gerisini yaşayıb görərik.

“Oda sizin tay-tuşunuz idi! Natiq Səlim oğlu Qasımov! Bu igid haqqında nəbilirsiniz?!” – Vacib sualdır. Giriş üçün də əladır. Bundan da əla olanı Ramizİsmayılın sualı oxuculara, vətəndaşlara verməklə milləti tanışlığa sövq etməsidir.Bir qədər də dərindən düşünəndə heç sual da deyil. “Oyan!”, “Qəhrəmanına sahibçıx!”, “Ona bənzəməyə çalış!” çağırışıdır. Yazıçı “Gözü yolda qalan var”povestini kəlmə-kəlmə, adam-adam, oba-oba, hadisə-hadisə toplayıb qələmə alıb.İstəyir ki, mühasirədə qalıb bayrağı əlindən buraxmayan igid oğulu hamıtanısın, gənclər onu özlərinə kumir seçsinlər. Oxucuda məsuliyyət hissi oyadanbu sualı məhz buna görə verir. Gözəl niyyətdir. Ramiz İsmayıl ilk növbədə əsl vətəndaşdır.O, Natiqə, Vətənə qələm ucu boyda edəcəyi köməyi əsirgəmir. Bir köməyi dəünvanladığı suala özünün cavab verməyidir. Yazıçı Natiqin yarımçıq ömür yolundantopladığı məlumatı hər kəslə bölüşür:

“Cəmi21 yaşı var idi. Müharibədən, ölümdən qorxmadı. Vətən uğrunda, torpaq uğrundaölüm-dirim savaşına atıldı”.

Yəqinki, “Oqonyok” jurnalını xatırlayanlar oldu. Orda bir azərbaycanlı oğlanhaqqında yazı yazılmışdı. O jurnal Natiq haqqında yazan ilk mətbu orqan oldu.Sonradan igidin öz Vətənində Ramiz İsmayıl yol yoldaşı olan bir nəfərdəneşitdiyi məlumatdan başlamış, Natiq haqqında mətbuatda dərc edilən bütünyazılara, hazırlanan verilişlərə, valideynlərinin ən adi söhbətlərinəcən hərşeyi tələsmədən ard-arda yazaraq sənədli povest ərsəyə gətirdi.

 

Bayraqsevgisindən bəhs olunanda yada düşən qəhrəmanlardan, bəlkə də, birincisidirNatiq Qasımov. Bayraq yurdumuzun örpəyidir. Bizdə örpək müqəddəs sayılıb. Çünkionu analarımız örtüb. Üçrəngli bayrağımız da Azərbaycan anamızın kələğayısıdır.Buna görə də əsir götürülərkən əlindən buraxmadı bayrağı. Bayrağı sevməkdəNatiq bizə örnək oldu. Natiq Qasımova həsr edilən mətnlərdən söz düşəndəbirinci Ramiz İsmayılın adı çəkilir. Bu mövzuda yazıçının uzun zamançabalarından sonra əməlli-başlı zəhmətə çevrilən fəaliyyətindən yazmamaqgünahdır. Necə ki, o, bir qəhrəman azərbaycanlını tanıdıb sevdirir, eləcə dəborcumuzdur ki, biz də bu zəhməti dəyərləndirək.

NatiqQasımov haqqında yazmaq üçün bu qədər çətinlikdən keçmək onun həm vətəndaşborcu həm də vətənə sevgisidir. Burda yazıçılıq qabiliyyəti sadəcə o sevginiizhar etməyə yönəlib. “Gözü yolda qalan var” sənədli povesti uydurma təxəyyül məhsuludeyil ki, deyəsən yazıçı özü üçün əsər uydurub. O, vətənpərvər, igid Azərbaycanövladını ədəbiyyatın əbədiliyinə təqdim edib. Özü povestin yazılmasının məqsədinidə belə açıqlayır: “Natiq haqqında yazarkən valideynlərinin, şahidlərin xatirələrinəəsaslanmışam. Burda döyüş səhnələrinə, həyəcanlı dava epizodlarına, od-alov,güllə yağışı təsvirlərinə rast gəlməyəcəksiniz! Natiq Qasımovun kiçik ömrününkiçik bir hissəsindən bəhs edən bu kitabçanı səbrlə, darıxmadan oxuyun,başqalarına da oxutdurun!” Ramiz İsmayıl millətin qəhrəman övladına sahibçıxmasını istəyir. Və oxuculara, vətəndaşlara deyir: “Bırcə xahişim var: NatiqSəlim oğlu Qasımov haqqında nə bilirsinizsə, oğlunuza, qızınıza, nəvələrinizə,qohum-əqrabanıza. tanışınıza, bir sözlə, əlinizə keçənə danışın, çəkinməyin, əminolun: o, əsl qəhrəmandır. Layiq olduğu qiyməti hələ ala bilməsə də! Onunhaqqında əfsanələr, dastanlar yaratmağa çalışın. Onun dildə-ağızda gəzməyəhaqqı var.”

Povestiədəbiyyatşünaslar kimi təhlil edib deməyəcəm “Ramiz İsmayılın bədiiekpressivliyi belə gəldi”, “üslubu elə getdi”, “epitetləri yeni, metaforlarıqeyri-adidir” və s. Bunların povestə heç bir dəxli yoxdur. Əsər real hadisələrdənibarətdir. Qəhrəman övladın bayraq sevgsindən, itkin düşən oğlunun yolunu gözləyənvalideynlərin acısından, ona atılan böhtandan, valideynlərin haralara gedibçıxmasından, Natiqə həsr olunan verilişlərdən, şeirlərdən bəhs edir. Buna görədə bəzəksiz-düzəksiz yazmaq lazımdır. Elə yazıçı özü də: “Natiq Səlim oğluQasımov haqqında bu hekayətimi oxuyanlara bir səmimi etirafımı çatdırmaq istəyirəm:Mən «misilsiz süjet ustası» Dostoyevskı kimi maraqlı süjet qura bilməmişəmsə,üzürlü hesab etsinlər. Ov tulasının da psixoloji anlarını, düşüncələrinidahiyanə təsvir edən, itin əvəzinə fikirləşən Lev Tolstoy kimi başqasınındüşüncələrini, fikirlərini də çatdıra bilmədim və buna heç cəhd etmədim də!Detektiv janrının müasir klassik memarı Çingiz Abdullayev kimi baş gicəlləndirənmacəra da yazmaq fikrində olmadım. Buna ehtiyac yox idi. Mənim məqsədim o idiki, sadə bir zəhmətkeş balasının igidliyini, mərdliyini, hünərini, qeyrətini, vətənpərvərliyinibacardığım tərzdə çatdırım. Xoşunuza gəlsə də, gəlməsə də… bəyənsəniz də, bəyənməsənizdə… sağ olun” deyə nəyə çalışdığını izah edir.

Birnəşriyyat işçisi metaforalardan ibarət, cəmiyyət həyatından uzaq əsərləryazmaqdan imtinasının səbəbini soruşanda, Nabokov belə cavab vermişdi: “Cəmiyyətvə oxucu qoyun deyil ki, onu yalançı oyunlarla aldadasan”. Tam haqlıdır. Mən dəsevmirəm. Real hadisələri olduğu kimi yazmaq lazımdır. Burda bir vətənpərvər azərbaycanlı,onu sözün əbədiliyinə tapşırıb gələcək nəsillərə örnək göstərən yazıçı qələmivar.

Povestdədiqqətimi çəkən belə bir cümlə var: “Cəbhədə hər şeydən çox itkin düşməkdənqorxursan…” (Böyük Vətən müharibəsi veteranının dediklərindən) Amma Natiq Qasımovbayrağı itirməkdən, komandirinə verdiyi sözü tutmamaqdan qorxdu. Məhz buna görəəsir götürüldü…

İlkdəfə “Xəzan” jurnalında hissə-hissə oxuduğum povest haqqında jurnal üçünekspert rəyi yazanda ümumi fikir bildirmişdim. Amma mövzu və mövzuya yanğı hissiməni təzədən yazmağa sövq etdi. Əsərdə təsirli məqamlar çox olduğundan hansınıseçib mətnə əlavə edəcəyimə qərar verə bilmədim. Ona görə də hər kəsə povestioxumağı tövsiyə edirəm.

Beləbir hissəni oxuyaq:

“Gədəbəyrayonunun Əli Ismayıl kəndində orta boylu, ağır yerişli, sadə, hətta pintigeyimli, az-az, amma güclü yumorla danışan bir kişi var idi. Nəinki orta məktəbiqurtarmamışdı, heç düz-əməlli ibtidai təhsili də yox idi. Bu adam Gədəbəyrayonunda ən yaxşı radio təmirçisi kimi tanınırdı. Kino-mexanik idi. Saatı işləməyənonun yanına qaçırdı. Maqnitafonu işləməyən, televizoru xarab olan, motosikletiişə düşməyən, “motoru yağ yeyən” surücü, bir sözlə, hamı onun yanına qaçırdı.Evlərinin qabağından axan dağ çayında “elektrik stansiyası” düzəltmişdi. Qonşularatəmənnasız işıq verirdi. Onun adı Nuru idi. Bu adam Natiqin doğmaca dayısı ıdi.Bəlkə, elə buna görə deyirlər: “Yaxşı igid dayısına oxşayar”. Görəsən,texnikaya maraq Natiqə dayısından “keçmə” deyil ki? Nuruya təmir etdiyi radio vəbaşqa məişət cihazları üçün 10 manat verəndə 2 manatını götürüb, qalanınıqaytarırdı. Işin mahiyyətini bilməyən çox adama elə gəiirdi ki, Nuru “hərifdir”,on manatlıq işi iki manata görür. Onun yerinə mən olsam, bu rayonda məndənvarlı adam olmaz” – deyən də var idi. Beləsinə Nuru tutarlı cavab vermişdi: “Müəllim,Allah mənim biliyimi sənə verib ağlımı özümdə qoymayacaqdı ki. Sonralar, mənböyüyəndən sonra başa düşdüm ki, Nuru elə zəhmətinin qiymətini alırmış. Sadəcəolaraq, camaatın bilməməyindən istifadə etməyə vicdanı yol vermirmiş!”

Həminusta qapıbir qonşumuz idi. Biz uşaq idik, onun qızları bizə mehribanlıq göstərirdi.Bacım övladlarının dili ilə ona “qağa” deyirdi. Nuru babanın verdiyi güzgünü hələdə saxlayıram. Natiqin valideynlərini də onlarda görmüşdüm. Onların dərddəngünbəgün necə əyildiklərini müşahidə etmək ağır mənzərə idi. Valideynlərimonları görəndə kövrəlirdilər. Bu, mənə təsir etməyə bilməzdi. Oğlu itkin düşəngündən atasının saqqal saxlayırdı. Tay-tuşlarımla da bu mövzuda söhbət edibağlamsınırdıq.

R.İsmayılo zaman Mingəçevirdə baş verənləri nəql edərək Natiqi xarakterizə edir:

“Bax,belə dəstələrin birinin ən fəal üzvlərindən biri 17 yaşlı gənc, arıq,balacaboy, cılız bir oğian olan Natiq Qasımov idi”. – Necə və hansı dəstəolduğunu yazmayacam, oxumağınıza maraq oyadan səbəb olsun. “Kinomexanik Natiq!«Davalı, «şpionlu», partizanlı kinolar və onların kiçik qəhrəmanlarını sevən,onlara oxşamağa çalışan Natiq!” Yazıçı qəhrəmanımızı boşuna bu cür xarakterizəetmir. Natiqin kino işi ilə məşğul olması onun qəhrəman kimi yetişməyinə təsiredib. Qəhrəmanlıq mövzusunda çəkilən filmlərin faydası budur. Fikrimi əsaslandırmaqüçün müəllifin üslubuna toxunmadan daha bir hissəni nəzərinizə çatdırım:

“Cəfərmüəllim mənə demişdi ki, mən Natiqlə kilsədə görüşəndə, ona dedim ki, sən təslimolmasan, bizi ermənilər güllələyəcəklər. Biz on səkkiz nəfərik, hamımız girovdüşmüşük, Xocalıdanıq! Bu sözdən sonra Natiq kilsədən çıxdı, bir-iki addım atıbyenidən geri qayıtdı, kilsənin başına taxılmış üçrəngli bayrağı götürüb aşağıendi, şəstlə, söyə-söyə ermənilərə tərəf getdi. “Mən razı olmaram, mənə görə buqədər adamı güllələsinlər” – dedi. …Bəli, bu həmin «Uzaq sahillərdə» filmindəkiepizodun eynisidir. Bu anda Natiq, bəlkə də, özünü «Mixaylo»ya bənzətmişdi.«Mıxaylo»nun hünərı, kişiliyi, qəhrəmanlığı, igidliyı ona – bu balaca, arıq,cüssəsiz iyirmi bir yaşlı oğlana cəsarət və dəyanət dərsi keçmişdi. Bu«Mixaylo»nun hünər, qeyrət salnaməsinin davamı idi…”

“Natiqinfəallığı nədən ibarət idi?” – deyə yazıçı söhbətinə davam etmək üçün sualverir. Bu dəfə də sual giriş rolunu oynayır. “Mingəçevir tərəvəzçiliksovxozunda bir dostu var idi. Onun motosikletini alıb sükanının hər «buynuzuna»bir üçrəngli bayraq bağlayırdı. Motosikletdə bayraqları

dalğalandıra-dalğalandıra,dəstənin önündə Yevlaxa gedirdi. Ermənistana gedən qaz kəmərini bağlamaq üçün,elektrik xəttini kəsmək üçün, ermənilərin xaçına söymək üçün!” Bunları bildirməküçündür o sual.

“Həminillərdə ermənilərlə mübarizə aparmağın yollarını «qara camaat» bilmirdi. Hissəqapılıb çılğınlaşan gənclər, damarlarında qanı coşan cavanlar parakəndə dəstə vəcəmiyyətlərdə kor-koranə «inqilab» yolu tutmuşdular.

Bu ovaxtkı azərbaycanlı gənclərin ümumiləşmiş tipi idi həm də. Onda hamı birləşmişdiQarabağ istəyirdi, müstəqil Azərbatcan istəyirdi.

Teatrbinasında onları qarşılamaq üçün tədbirlər, məsləhətləşmələr gedirdi. Dəstəteatrın binasına lap yaxınlaşmışdı, Uğultu get-gedə artırdı. Artıq rəsmi nümayəndələrdəstənin qabağına çıxmışdı ki, onları teatrın tamaşa zalına dəvət etsinlər. Buvaxt Axundov küçəsi tərəfdən iki-üç atlı çapa-çapa teatrın binasına tərəf gəldi.Və bunlar dəstə ilə eyni vaxtda binanın qabağında rastlaşdılar. Yəhərsiz-yüyənsizatlara minmiş bu gənclər bir ağızdan «ardımca» deyərək atlarını dəhmərləyibNarimanov prospekti ilə çapa-çapa da getdilər. Dəstəni teatrın binasına aparmaqmümkün olmadı. Onlar elə həmin səs-küylə də atlıların dalınca getməyəbaşladılar. Dəstəni içəri dəvət etmək, necə olur-olsun zala doldurmaq istəyəndəisə hörmətli akademikimiz Bəkir Nəbiyevin dediyi sözlər ömrüm boyu yadımdançıxmayacaq.

–Akademikini burda qoyub at-eşşək dalınca gedən bir millət mənə lazım deyil,qoyun getsinlər!

Bəli,həmin illərdə yüksək səviyyədə erməni seperatçıları ilə necə mübarizə aparmaqyollarını əhali bilmirdi. Dövlət adamları bilirdilərsə də, heç bir tədbir görəbilmirdilər. Dağlıq Qarabağ ətrafında hadisələr daha qorxulu şəkil alırdı. Ermənilərget-gedə azğınlaşırdılar. Onlar qalaq-qalaq kitablar yazır, qəzet vəjurnallarda məzlum erməni xalqının Azərbaycanda məşəqqətlərə düçar olduğunu yerüzünə car çəkirdilər.

Ölkədəhərc-mərclik hökm sürürdü. SSRİ adlı cahanşümul bir dövlət süquta uğrayırdı.Respublikamız üçün başlanacaq fəlakətli günlər, aylar yaxınlaşırdı.

Beləbir vaxtda – 1989-cu ilin payızında yenicə “inqilabi hərəkata” qoşulmuş NatiqQasımov Sovet ordusu sıralarına hərbi xidmətə çağrıldı”.

Ondansonra yazıçı Natiqin anası Dursun xanımın dediklərini qələmə alır:

 

“O, əsgərliyəgedəndə yaman narahat oldum. Qorxurdum ki, əsgərlikdə sözə-zada baxmayacaq, döyəcəklər,çox nadinc uşaq idi. Boy-buxunu da nə idi ki, əl boyda bir şey idi. İlk məktubugələnə qədər nələr çəkmişdim, o göydəki kişi bilir. Məktubu da gec gəldi. Səndemə, gedib Sibirə düşüb. Sibir “hara buradır?” – dünyanın o başı! Dustaqüstündə dururdu. Sonra yazdı ki, kino göstərirəm, məndən narahat olmayın.Komandirindən məktub gəldi. Yazırdı ki, xahiş edirəm, tez-tez Natiqə məktubyazın, hərbi xidmətdə olanlar üçün hər şeydən əfzəl məktubdur. Məktubun əsgərinəhval-ruhiyyəsinə çox yaxşı təsiri var. Komandiri də razılıq edirdi. Hamımız məktubyazırdıq. Atasıynan da Nofəl sonralar yanına getdilər. Onlar qayıdandan sonralap sakitləşdim. Arxayın oldum ki, vəziyyəti lap yaxşıdır”.

“Əsgərlikdəngələndən 5-10 gün sonra dedi ki, mən cəbhəyə gedirəm. Məhlədəki dostları ilətez-tez vuruşmağa getmək barədə danışırdı. Nə qədər yalvar-yaxar etdik, anasıda, bacıları da, qardaşı da, dedik, bir az dincəl, yenə gedərsən… Bir gün evə gəlmədi.Çox sonra eşitdim ki, Qarabağda “Ala Yaqub”un dəstəsindədir.

“Arıq,çəlimsiz bir uşaq idi. – Dursun xanım davam edir. – Nofələ deyirdi,qardaşımsan, sənə dəymirəm, başıma götürüb səni yerə çaxaram. Güclü idi,diribaş idi. Baydarkaya gedirdi, voleybol oynayırdı, qramotası-zadı var.Yumruğunu divara vururdu, ürəyim ağzıma gəlirdi, deyirdim bu saat qolu-qılçasıçilik-çilik olacaq”.

“Dərs-zadoxumurdu. – Səlim (atası) əlavə edir. – Kitablarını axşam bir də görürdün ayrıuşaq gətirirdi”.

Bu məqamdaməktəbli Elinanın intiharına Aydın Canıyevin həsr etdiyi yazıdan beynimdəilişib qalan o dəhşətli cümləni xatırlayıram. Təxmini belə idi: Elina, bu milləti,səni dərslərindən iki alan sinif yoldaşların qoruyur.

“Səkkizincisinfi qurtarıb peşə məktəbinə getdi. Adı orda idi, amma burda – klubda kinoverirdi. Elə-belə, işə-zada düzəlməmişdi. Həvəskar idi. Sonra “Kosmos”dakino-mexanik işlədi”.

Səlimindediklərindən:

“Xocalıfaciəsindən bir neçə gün keçmişdi. Evə gec gəldi. Gecə saat 2 idi, hələ gəlməmişdi.Durub həyətə düşdüm. İşıq gələn yerlərə baxdım, kimi gördüm soruşdum. Gördümdeyən olmadı, Səhərə yaxın gəlmişdi. Soruşanda, hardasan? Ora-bura yozurdu. Ertəsigün yenə gəlmədi. Gecəyarısı səbrim çatmadı, yenə getdim axtarmağa. Fikrimə gəldiki, bəlkə hardasa qumar-zad oynayır. Özümü aldadırdım. Qumar oynayan deyildi.Bir az güman gələn yerlərə baxdım, yox idi. Yenə səhərə yaxın gəlmişdi. Heç nədemədim. Fikirləşdim ki, bir söz deyərəm, daha da qızışarıq, artıq-əskikdanışarıq. Qoy görək nə olur?

Natiqdörd aya yaxın Ağdamda o vaxtlar “Ala Yaqub” və ya “Qatır Məmməd” kimi məhşurlaşmışYaqub Rzayevin “Qarabağ şahinləri” adlanan dəstəsində vuruşmuşdu. Söhbət zamanıNofəl də (qardaşı) qeyd etmişdi ki, hələ döyüş günlərində Natiq bir dəfə Mingəçevirəgəlmişdi. Nə qədər söhbətə tutdumsa, bir şey öyrənə bilmədim. Dedi, mənə biryer açın bir az yatım. Sonra söhbət edərik. Dedim dur, yuyun, – üstü-başıkirin-pasın içindəydi. Çim, yat! Çimməyə halı olmadı. Elə oturduğu yerdə yuxuaparmışdı. Bu minvalla iki sutka ac-susuz yatdı. Oyatmağa qıymadıq. Oyanandadedi, texnikaya gəlmişəm. Sonra gələrəm, Allah qoysa, çoxlu söhbət edərik.Getdi”.

Dursunxanımın dediklərindən:

“AlaYaqubun oğlu Canpoladla möhkəm dost idilər. Canpoladın ölümü onu dəli kimi eləmişdi.Az qalırdı havalansın. Özünə yer tapa bilmirdi. Özüm də yaman qorxmuşdum.Bilirdim ki, durmayacaq, çıxıb gedəcək. Yalvardım, ağladım. Dedim, Natiq, gözümhələ yoldan yığılmayıb. Atam müharibədən qayıtmayıb. Sənin üzünü doyunca görməmişəm.Mənə yazığın gəlsin. Elə bil bir az yumşaldı. Sənədlərini aparıb voyenkomatavermişdi. Nə fikirləşdisə birdən dedi: “Yaxşı, atama de, gedib sənədlərigötürsün. Mən getsəm, deyəcəklər qorxdu. Sonra qayıtdı ki, ax, ay ma! Qoymursanda gedim qəhrəman olum. Mən o dığaların payını vermək istəyirəm!”Arxayınlaşdım, dedim, Allah, sənə şükür, daha getməz. Yerə düşdü, dedi bir az hərlənibgəlirəm. Bir azdan yerdən çağırdı ki, bir şey lazımsa, alım gətirim. Dedim pultullayım, çörək al gətir. Dedi, pulum var, atam verib. Bax, beləcə məni sakitləşdirdi.İşə gedib-gəlirdi. Ürəyimdə sevinirdim. Arxayın olmasam da özümə ürək-dirəkverirdim ki, daha getməz. Bir gün xörək hazırlamışdım. Gözüm qapıda-bacada idi.Mənə bir darıxma gəldi ki, gəl görəsən. Gəlib çıxmırdı. Hərdənbir iş çox olandaevə gec gəlirdi. Dedim yəqin yenə işləri çox olub. Gözlədik, gözlədik gəlibçıxmadı. Evdə silahları var idi, qumbara, özü beşbarmaq düzəltmişdi, patron-zadvar idi. Getdim silahları qoyduğu yerə baxdım. Silahlar yerində yox idi, Ürəyimdüşdü. Bildim ki, gedib. özümü arxayınlaşdırmaq üçün otaqları ələk-vələk elədim,silahları tapmadım. Getmişdi”.

Qardaşınınsöylədikləri

 

… İnditatar qadının evindən çıxmışam. İstəyirəm heç kim məni görməsin. Az qalır ürəyimağzımdan çıxsın. Hava qaralıb, oxumaq mümkün deyil. Evə necə gəldiyimi dəbilmirəm. Atamgilin binasına yaxınlaşanda gördüm podyezdin birində işıq yanır.Tez özümü verdim ora. Jurnalı vərəqləyirəm, şəkilləri görürəm, amma araq məclisigörünmür axı. Bir də geriyə vərəqlədim. Jurnalın əvvəlində iki saqqallınınarasında bayraq tutmuş oğlanı görəndə elə bil məni tok vurdu. Başım hərləndi.Divara söykənib bir təhər özümü ələ alıb bir də baxdım. Yox, daha tanımamaqmümkün deyildi. Əynindəki atamın «sportivni» kostyumu idi, ayağında rezin çəkmələrvar idi, bildim ki, odur. Məqaləni tez oxudum. Az qalırdım dəli kimi qışqıram.Sevindiyimdən bilmirdim neyləyim. Hələ nəyə sevindiyimi də düz-əməlli dərk etməmişəm,Əsas ona sevinirəm ki, Ala Yaqubun dediyi kimi ermənilərlə araq vurmur. Sankiuça-uça evə gəldim. Gördüm atam mən gedəndə kresloda necə oturub başını divaradöyürdüsə, eləcə də indi döyür. Sakitləşmək bilmir. Mən gördüm onun halı özündədeyil. «Oqonyok»u jurnal stolunun üstünə qoydum, dedim buyur, bu da sənin qəhrəmanoğlun. O, jurnalı əli ilə əzişdirib azacıq duruxdu. Acıqlı-acıqlı, elə bilacığından ağlayırdı – üzümə çırpdı: “Köpəkoğlu, məni dolamısan, mənim oğlumdu,sənin də qardaşın! Hamınız bir… O, elə bilib doğrudan Ala Yaqub deyən kimiNatiq saqqallılarla araq vurur. Mən ona indi belə şərəfsiz oğul böyütdüyü üçünirad tuturam. Onun bu hərəkəti mənə o qədər pis təsir etdi ki, özümü ağlamaqdansaxlaya bilmədim. Dedim: bir jurnala bax, sonra nə deyirsən de, dəə! Bir müddətçaşıb qaldı, jurnala baxmadı. Risk eləmirdi. Mən həmin anda onun nə hisslərkeçirdiyini deyə bilmərəm. Ata qəlbidir, ürəyindən yüz fikir keçirirdi bəlkə.Jurnala baxmadı. Hannan-hana dedi ki, məqaləni oxu. Oxuyub tərcümə elədim,inanmadı. Dedi, sən səhv tərcümə edirsən. Xoşbəxtlikdən bu vaxt Oruc müəllim gəldi.Mən jurnalın şəkil olan hissəsinı qatlayıb verdim Oruc müəllimə, dedim oxu, tərcüməelə. O, məqaləni diqqətlə oxudu, tərcümə etdi. Təkrar-təkrar oxudu. Dedi, görəsənbu qəhrəman kimdir? Mən şəkli göstərib dedim ki, bu Natiqdirmi? O, Natiqin şəklinigörüb ağlamsındı. Atamın vəziyyətini özün təsəvvür elə”.

“Jurnalınüz qabığına baxıram: aprel № 14-15, 1992. dördüncü səhifədə çap olunmuş şəkil,”ənənəvi” erməni burunlu, saqqallı, boyevik” ortada əlində müqəddəsüçrəngli Azərbaycan bayrağı tutmuş, əynində idman kostyumu, ayağında rezin çəkməolan balacaboy oğlan, solda başında Sovet Ordusuna məxsus “şapka-uşanka”, əynindəgödəkçə olan daha bir saqqallı erməni. Şəklin altında müəlliflər – “Oqonyok”unxüsusi müxbirləri Konstantin Smirnov, Enriko Sarzini (foto) və məqalə “Strax” –”Qorxu”. Dərhal demək istəyirəm: K.Smirnov və E.Sarzini Qasımovlar ailəsini fəlakətdən(söhbət bütöv nəsildən gedir), müəyyən mənada intizardan, həqiqi mənadarusvayçılıqdan qurtardılar – bunu istəsələr də istəməsələr də. Hər şeydən əvvəlNatiq Qasımov saqqallılarla araq vurmur. O, əlində müqəddəs üçrəngli bayraqtutub. Demək o, əsir düşməmişdir. Əsirlər düşmən qabağına ağ bayraqla çıxırlar.

Ramizİsmayıl qeyd edir ki, “K.Smirnovun məqaləsı üzərində əbəs yerə bu qədərdayanmadım. Əsl həqiqəti duya-duya, kimin haqlı, kimin haqsız olduğunu bilə-biləK.Smirnov ermənilərə rəğbətini gizlədə bilmir. Fikir verdinizmi, Xocalıdakı dəhşətlifacıəni nəhayət “hiss edən” müəllif axırda bu faciəyə haqq qazandırır: bu,Sumqayıt hadisəsinə cavab imiş.”

Xeyr,mən “Oqonyok”un müxbirinə heç nə ilə irad tutmuram. Əksinə, mən ona minnətdaram,ona görə ki, onlar bu igidi görüblər və onun şəklini çəkiblər. Onlar öz peşəborclarını yerinə yetiriblər. Bizim borcumuz isə bu oğlanın kimliyini öyrənmək,erməni əsarətindən qurtarmaq, igidliyinin əvəzini verməkdir!”.

Sağol, I.Şükürov! Mən Sizin məqalənizi 2003-cü ilin payızında oxuyuram. Tərcümədəola bilsin ki, fikirlərinizi dolğunluğu ilə çevirə bilmədim, üzürlü hesab edin.Amma bildirmək istəyirəm ki, həmin dövrdə, məqaləniz dərc olunan ərəfədə, yəni9 may 1992-ci ildə əsir düşmüş bu oğlanı axtarırdılar. Onu həmin günlərdə atasıSəlim kişi, anası Dursun xala, qardaş-bacıları gecə-gündüz axtarırdılar. Döyülməliolan bütün qapıları döyürdülər, getməli yerlərin hamısına gedirdiiər, onlarakömək eləməli olan adamların hamısına müraciət edirdilər. Həmın adamlarbilirsiniz nə deyirdilər, Bilmirsiniz? Oxuyun!”

“Çoxistərdik ki, eloğlumuz sağ-salamat olsun. 21 yaşlı gəncin yaşamağa haqqı var.Ola bilsin ermənilərin vicdanı oyanar, rəqibin mərdliyini, kişiliyini qiymətləndirərlər?Hələ ki, Qasımovlar ailəsinə qonşular, dostlar, qohumlar təskinlik verirlər.Lakin əsas məsələ odur ki, Natiq evə qayıtsın. İnanmaq istərdik ki, əlaqədar təşkilatlarvə ayrı-ayrı şəxslər bundan ötrü mümkün olan hər şeyi edəcəklər.

Natiqisə əsl qəhrəmandır. Adətən ağ bayraqla əsir düşərlər. Natiq isə düşmənqarşısına üçrəngli bayrağımızla çıxıb. Şərhə ehtiyac yoxdur».

” –Niyə qaçmamısan, gecə ki ermənilər gəlmirdilər?!”

“-Komandirimə söz vermişdim!”

 

Demək,Natiq qaça bilərmiş! Daha doğrusu, geriyə. “Ala Yaqub”un qərargahına – öz döyüşyoldaşlarının yanına qayıda bilərmiş. Qaçmayıb! Çünki komandirinə söz veribmiş.

“Köməkgözləyirdim, təəssüf ki, gəlmədilər”.

Köməkgözləyirmiş! Kimdən? Əlbəttə, onu döyüşə göndərən komandirindən. Bəs görəsən”Ala Yaqub” niyə kömək göndərməyib? Bu sualın cavabını heç kim, heç vaxt verəbilməyəcək! Bu sualı heç kim “Ala Yaquba” verə bilməyəcək!

Natiq”Ala Yaqub”a inanmışdı. Onun dəstəsində vuruşmağı özünə şərəf bilmişdi. Dördaya yaxın vuruşmuşdu. Sonra Xocalı qırğını oldu. Xocalı qırğınından bir neçəgün sonra Canpolad meyidləri döyüş meydanından çıxardarkən həlak oldu. Onun dəfnindəNatiq iştirak etməmişdi, çünki bilməmişdi. Bilən kimi Nofələ zəng vurmuşdu: “Eləbilirsən, Canpoladın qanı yerdə qalacaq? Yox, qalmayacaq!”

…Vəo, Canpoladın intiqamını almaq üçün yenidən cəbhəyə qayıtdı, özü də dostununatasının komandiri olduğu məşhur “Qarabağ şahinləri” dəstəsinə! Qayıtmaya dabilərdi. Artıq o, işləyirdi, Onu cəbhəyə getməyə məcbur edən də yox idi. Başınıaşağı sallayıb çoxları kimi bir tikə çörəyini qazana bilərdi. Hələ mən indixarici ölkə adlandırdığımız Rusiyaya getməyini demirəm, imkanı var idi, “başınıgötürüb” aradan çıxa bilərdi. Getmədi, qaçmadı heç hara! Yenidən qayıtdıQarabağ uğrunda vuruşmağa. “Ala Yaqub” onu altı nəfərlə, xüsusi tapşırıqla”Qriqorian” kilsəsinə göndərdi. Kilsənin başında dalğalanan üç rəngli bayrağı”Ala Yaqub” görməmişdi, görəsən? Bəlkə, məsafə uzaqdır, bayrağı görmək mümkündeyil. Bəs döyüşçülərinin taleyi ilə maraqlanmamışdı? Kömək göndərəcəyinə sözvermişdi axı! “Kömək gözləyirdim, təəssüf ki, gəlmədilər.” “Qriqorian” kilsəsinizəbt etmək lazım deyildisə (yaxud vacib post deyildisə), bəs “Ala Yaqub” yeddinəfər döyüşçünü ora niyə göndərmişdi? Göndərmişdisə, bəs sonrası ilə niyəmaraqlanmamışdı?

“-Bir də ki, bayrağı qoyub hara gedəydim…”

Buda Natiqin sualı. Cavab verə bilərikmi ona?

“Torpaquğrunda vuruşanları unutmayan oğlanlar öz torpaqlarını azad edəcəklər.

“Qarabağındüzü var…

Qarabağındüzündə indi düşmən izi var…

Buizi Qarabağın düzündən silən oğlanlar tapılacaq…”

 

Buizi “Qarabağ”, “Şuşa”, “Həkəri”, “Laçın” və s. restoranı, şadlıq sarayıtikib-işlədən oğlanlar yox, Murovda, Gədəbəy dağlarında böyrəyinə, ciyərinə buzçökən oğlanlar, Mil düzündə, Haramı çöllərində susuzluqdan tər tökən oğlanlarsiləcəklər”.

Birqəhrəman oğlu Ramiz İsmayıl təbliğ etdi, bir vətənpərvər yazıçını da mən.Borclu borclunun sağlını istər bu imiş, yəqin. Hamımız Natiqə borcluyuq.Sağlığını istəyirik. Gələcəyinə ümid edirik.

“NatiqQasımov “ayazlı, şaxtalı” qış günündə dünyaya göz açmışdı. Elə, ayazlı, şaxtalıqış günlərinin birində azğın ermənilər Xocalı faciəsini törətdilər, dinc əhaliniqarlı, sazaqlı çöllərə saldılar. Natiq haqqında bu kiçik hekayəmi də mən qışgünlərində yazıb qurtarmışdım. Lakin maddi vəsaitin olmaması kitabın çapınıgecikdirirdi. Nəhayət, yaxşı insanların köməyi ilə lazımi miqdarda olmasa da,kitabın çapı üçün vəsait toplandı. Kömək əli uzadanlardan biri də İlqar İsgəndərovidi. İlqarın qəsəbədəki mənzilində Sevil xanımın bizi moruq mürəbbəsinə qonaqelədiyi çay süfrəsi ətrafında Səlimgilin Gəncəyə köçməsi, Natiqin «xatirəbulağı»nın baxımsız qalması barədə narahatlığımı bildirdim.

– Qətiyyənelə deyil! – deyə İlqar etiraz etdi. – Qonşular «Xatirə bulağı»na Səlimgildən dəyaxşı qulluq edirlər. Çox görmüşəm, qonşulardan bir gəlin həmişə “Xatirəbulağı”nın ətrafını təmizləyir, gül-çiçəyə su verir, Hətta “Xatirə bulağı”nınustünə qoyulmuş elektrik lampaları xarab olanda qonşular onu tez dəyişirlər.Qonşular çox sağ olsunlar, bulağa çox yaxşı qulluq edirlər.

İlqarbir az fikirləşəndən sonra:

-İstəyirsən,mən onların adlarını öyrənim, sənə zəng vuraram! – dedi.

– Zəngvurmaq nə üçün? Bu saat gedib həm “Xatirə bulağı”nı ziyarət edərik, həm də həminxeyirxah insanlarla görüşərik.

Beləliklə,biz Natiqin “Xatirə bulağı” inşa olunmuş yerə gəldik. Artıq səkkiz aydan çoxdurki, Səlim və Dursun bu müqəddəs yerdən uzaqda yaşayırlar.

 

…”Xatirəbulağı”nın ətrafı səliqəli idi. Ağaclar suvarılmışdı. İlqar “xidmətçiləri”axtarmağa getdi. Bu vaxt yanında balaca bir uşaq olan gəlin iki qabla “Xatirəbulağı”na yaxınlaşdı. Hər iki kranı açıb su doldurmağa başladı. Yəqın ki, bu gəncana vaxt gələcək yanındakı uşağa Natiqin qəhrəmanlığından danışacaq. Təəssüfki, həmin uşaq və qəsəbədə böyüyən yüzlərlə gənc və yeniyetmə Natiqin valideynlərininkim olduğunu bilməyəcəklər.

…İlqarorta yaşlı bir kişi ilə qayıtdı. Tanış olduq. Rasim Qəribov Az.DRES-də ışləyir.Həyat yoldaşı Yeganə xanımla “Xatirə bulağı”nın “nazını çəkirlər”.

Natiqvə “Xatirə bulağı” unudulmayıb”.

Natiqkimi oğullarımız yenə var, yenə də doğulacaqlar. Tovuzda şəhid olanlar Natiqin,mənim, sənin qardaşlarımızdır. Onlar əsl azərbaycanlıdırlar.

Bunupovestdə sadə zəhmətkeş Rasim Qəribov da deyir: ” – Natiq təkcə Səlimin övladıdeyil ki. O, bu məhlədə böyüyüb, hamımızın gözümüzün qabağında! Natiq hamımızınövladı idi, Natiq bir evin övladı idi, indi o, böyük bir elin, azəri xalqınınoğludur”.

“…Azərixalqının daha bir övladı – Natiqin sevdiyi və Natiqi sevən qeyrətli, vəfalı birel gözəli hələ də ailə qurmayıb. O, Natiqin yolunu gözləyir…”

Çılpaqcümlələrlə desəm: Ramiz müəllimin içində bir ümid var: “Qəhrəmanlar heç vaxtölmürlər. Aylar, illər keçəcək, təzə nəsillər torpaqlarımızı yağı düşməndən təmizləyəcəklər.Xramord kilsəsinə, Xankəndinə üçrəngli bayrağımız sancılacaq. Kim bilir, bəlkə,elə bu bayrağı ora sancanlardan biri Natiqin qardaşı oğlu – adını öz adınayaraşdırıb qoyduğu Namiq Qasımov olacaq! Əmisinin qələbə arzusunu, ola bilsin,hazırda hərbi xidmətdə olan Namiq və onun bibisi oğlanları – Mürsəl və Elşənyerinə yetirdi. O gün isə uzaqda deyil!”

Bu,onun gələcək nəslə olan ümididir. O ümid doğrulacaq. Buna inanırıq.

Povestqəhrəmanımıza ünvanlanmış “…Gözü yolda qalan var, Natiq!” cümləsi ilə bitir. Bəli,təkcə ailəsinin, sevgilisinin yox, Azərbaycanın gözü yoldadır. Qarabağın dagözləri yollardan yığılmır! O da bizi gözləyir. Natiqlə birgə. Hamımız Natiqik!Natiq olmalıyıq! Yurdunun örpəyini qoruyan Natiq!