İran-Pakistan sərhədində gərginlik müşaiyət olunur.
Rəsmi İslamabad Pəncqur şəhərinə çoxsaylı ağır texnika və canlı qüvvə cəlb edib.
Yerli media iki ölkə sərhədindəki gərginliklə bağlı 2 versiya irəli sürür. Versiyalardan biri yaxınlarda İranla sərhəddə Pakistan postuna silahlı dəstənin hücumu ilə əlaqələndirilir. Hadisədə 1 pakistanlı hərbçi həlak olmuş, 1-i isə yaralanmışdı.
İkinci əsas versiya olaraq, İranın Azərbaycanla dövlət sərhədində rəsmi Tehranın təşkil etdiyi hərbi təlimlər əsas göstərilir. (modern.az)