- Mədəniyyət

Pantomima Teatrı həftəsonu “Underground”u nümayiş etdirəcək

Azərbaycan Dövlət Pantomima Teatrının repertuarında xüsusi yer tutan tamaşalardan olan – “Underground” həftəsonu nümayiş ediləcək.

AZƏRTAC xəbər verir ki, yanvarın15-16-da göstəriləcək tamaşanın quruluşu ümumilikdə teatrın aktyorlarına məxsusdur.

Tamaşa aktyorların fantaziyasında qaranlıq yeraltı dünyada baş verən proseslərdən, insanın qarşılaşdığı problemlərdən necə xilas ola bilmək bacarığından bəhs edir.