- Mədəniyyət

Parisdə “Karikatura Evi” açılacaq

Fransanın paytaxtı Parisdə qəzet və jurnallarında dərc edilmiş ən uğurlu karikaturaların toplanacağı “Mətbuat Karikaturaları Evi” yaradılacaq.

“Report” “Le Monde”yə istinadən xəbər verir ki, bununla bağlı Prezident Emmanuel Makron qərar verib.

Bu təşəbbüs 2020-ci ildə ortaya çıxıb. Ötən ilin sentyabr ayında isə Mədəniyyət Nazirliyi bu layihə üçün 2 milyon avro ayırıb.

Qeyd edilir ki, Parislə yanaşı, “Karikatura Evi”nə ev sahibliyi etmək üçün Strasburq, Limoj, Bordo şəhərləri də iddialı olublar.