Fransanın paytaxtı Paris şəhərində pensiya islahatına qarşı keçirilən etiraz aksiyaları zamanı azı 217 nəfər saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.
Qeyd olunub ki, Parisdə mitinqlərin dağıdılması zamanı etirazçılar avtomobilləri və küçələrdə yığılan zibilləri yandırmağa başlayıblar.
Polisin etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etdiyi də qeyd edilib.