- Cəmiyyət, Manşet

Paşinyan Ermənistanın müharibədə itkiləri ilə bağlı yeni rəqəmi açıqlayıb

“Ermənistan hazırda taleyüklü mərhələdən keçir və bu, həlledici əhəmiyyət kəsb edir”.

“Report”“Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə hökumətin beşillik proqramını təqdim edən zaman söyləyib.

Onun sözlərinə görə, ölkədə köklü dəyişikliklər baş verib.

Ermənistan Baş naziri son müharibə zamanı ölkəsinin itkiləri ilə bağlı yeni rəqəmləri də açıqlayıb.

Nikol Paşinyan 11 mindən çox insanın yaralandığını, 243 nəfərin itkin düşmüş sayıldığını və 3 773 nəfərin öldüyünü bildirib.