- Cəmiyyət

Paşinyan: İrəvanla Bakı sülh sazişinin mətninin 90 faizini razılaşdırıb

İrəvanla Bakı sülh sazişi layihəsinin mətninin 90 faizini razılaşdırıb.

APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O, həmçinin prosesin yekunlaşması və sözügedən sənədin imzalanması istiqamətində işlərin aktivləşəcəyini gözlədiyini bildirib.