- Cəmiyyət, Manşet

Patriarx Kirill: “Qazaxıstan tarixi Rus ərazisidir”

Xilaskar Məsihin Katedralında gecə liturgiyasından sonra Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Qazaxıstan torpağında sülhün bərqərar olması üçün dualar oxuyub. Onun sözləri Moskva Patriarxlığının saytında yer alıb.

“Biz hamımız bilirik ki, bir vaxtlar vahid nəhəng ölkəmizin ərazisi olmuş torpaqlarda ən ağır hadisələr baş verir. Ağır vətəndaş qarşıdurmasında insanlar toqquşur, qan tökülür. Bunlar bizə çox yaxındır, bu yerlə Rusiyanın tarixi ərazisidir və ona görə də biz bu qan tökülməsinə, bu toqquşmalara, iğtişaşlara biganə qala bilmərik”, – deyə Patriarx Kirill bildirib.

haqqın.az