Pekin-2022 Qış Olimpiya Oyunlarında bilet satışı olmayacaq.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı yarışın Təşkilat Komitəsi verib.
Yarışın biletləri müəyyən qrup insanlar arasında bölüşdürüləcək. Koronavirus pandemiyası üzündən yalnız yerli azarkeşlərin izləyə biləcəyi yarışın biletlərinin sahiblərini təşkilatçılar müəyyənləşdirəcək.
Qeyd edək ki, Pekin Olimpiadası fevralın 4-18-də keçiriləcək.