Arktika geosiyasi və iqlim dəyişikliyi kontekstində ABŞ üçün strateji qarşıdurma bölgəsinə çevrilir.
“Report” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin dərc etdiyi yenilənmiş Arktika strategiyasında deyilir.
Sənəddə qeyd edilib ki, böyük geosiyasi dəyişikliklər Arktikaya yeni strateji yanaşmanın hazırlanması zərurətini yaradır.
Pentaqonun bu cür dəyişikliklərinə Ukrayna böhranı, Finlandiya və İsveçin NATO-ya daxil olması, Çin və Rusiya arasında əməkdaşlığın gücləndirilməsi və iqlim dəyişikliyinin təsirinin sürətlənməsi daxildir.
“Getdikcə əlçatan olan bu region strateji qarşıdurma meydanına çevrilir. Birləşmiş Ştatlar müttəfiqləri və tərəfdaşları ilə birlikdə çağırışlara cavab verməyə hazır olmalıdır. Pentaqonun yenilənmiş strategiyası Arktikada imkanların gücləndirilməsini, müttəfiqlər və tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsini və şimal enliklərində əməliyyatlara hazırlığı təmin etmək üçün qüvvələrin idarə olunmasını tələb edir”.