ABŞ mayın 20-də Ukraynaya silah tədarükü ilə bağlı Qərb Əlaqə Qrupunun növbəti iclasını keçirəcək.
APA xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
İclas onlayn formatda olacaq:
“ABŞ-ın müdafiə naziri Lloyd Ostin və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Braun mayın 20-də Pentaqonda Ukrayna üzrə təmas qrupunun virtual görüşü keçirəcək”.
Bu 2022-ci ilin aprelindən bəri Ukrayna üzrə təmas qrupunun 22-ci iclası olacaq.